Ərzaq buğdasında keyfiyyət problemi

18 Avqust 2015 10:30 (UTC+04:00)

Kənd təsərrüfatının inkişafı istiqamətində son illərdə atılan addımlar öz müsbət nəticələrini verməkdədir. Elə bunun nəticəsidir ki, Azərbaycan bir çox aqrar məhsullarla özünü məhz yerli istehsal hesabına təmin edir. Hətta bəzi növ kənd təsərrüfatı məhsulları üzrə ölkəmizin ixracı artan xətt üzrə inkişaf etməkdədir. Xüsusən Rusiya azarlarına yönəldilən kənd təsərrüfatı məhsullarında bunu görmək olar.Aqrar sahədə məhsuldarlığın həcminin artımının aydın müşahidə olunduğu sektorlardan biri taxılçılıqdır. Dövlət Statistika Komitəsinin məlumatına görə, kənd təsərrüfatındaavqustun 1-nə kimi payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) əkin sahəsinin 99,3 faizi, yaxud 909,1 min hektarı biçilib və həmin sahələrdən 2 milyon 768,5 min ton məhsul götürülüb. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 7,7 sentner artaraq 30,5 sentner təşkil edib.Həqiqtən rəqəmlərin müqayisəli təhlili taxılçılıqda mühüm artımın olduğunu göstərir. Amma burada müəyyən problemlər var ki, onların həllini tapması çox vacibdir. Söhbət ondan gedir ki, n bu il taxılda məhsuldarlığı yüksəl , hələ xaricdən ərzaq buğdasının idxalı həyata keçrilir. 2015-ci ilin 7 ayı ərzində 202,75 milyon dollarlıq buğda idxal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 29,7% çoxdur. Azərbaycan xaricdən buğdanın alınmasına 2014-cü ilin 7 ayında 156,2 milyon dollar, 2013-cü ilin eyni dövründə isə 203 milyon dollar xərcləmişdi. Bu həcmdə valyutanın ölkə daxilində qalması üçün isə tələblərə cavab verən ərzaq buğdasının istehsal həcminin genişləndirilməsi zəruri sayılır. Ümumiyyətlə, aqrar sahə, xüsusən də taxılçılıq çətin və problemli sahədir. Bununla belə, Azərbaycanda bu sahənin potensial imkanları böyükdür.

Hələlik isə lazımi səviyyədə istifəadə olunmasında müəyyən problemlər mövcuddur. Yaranmış vəziyyətin isə çoxlu səbəbləri var. Keyfiyyət göstəricilərinin aşağı düşməsində isə ən birinci amil toxumdur. O, taxılçılıqda məhsuldarlığın artırılmasında, keyfiyyətin yüksəldilməsində xüsusi əhəmiyyətə malikdir. Problemlərdən biri vegetasiya müddətində fermerlərin müəyyən aqrotexniki qaydalara tam şəkildə əməl etməməsidir. Kəndlərdə peşəkar mexaniklərin çatışmaması, yeni mütəxəssislərin hazırlığı aparılmadığından müasir texnikalardan istifadə səviyyəsinə təsir edir. Bu da əkin-biçin zamanı yüksək aqrotexniki xidmət göstərən müasir avadanlıqların çatışmaması ilə nəticələnir, artıq itkilərə səbəb olur. Bundan əlavə, torpağın düzgün becərilməsinə, aqrotexniki qulluğu tam olaraq yerinə yetirməyə mane olur. Ona görə də kəndli və fermerləri yeni müasir texnika ilə tanış etmək və öyrətmək bu günün ən vacib tələbidir.Problemin həlli üçün isə kompleks tədbirlər həyata keçirilməlidir. Birincisi, keyfiyyətli toxumdan istifadə edilməlidir. Torpaq səthi normal hazırlanmalıdır, səpin qabağı gübrələrdən istifadə edilməlidir. Xüsusən də fosfor, kalium gübrəsindən istifadə olunmalıdır. Bütün xəstəlik və zərərvericilərə qarşı vegetasiya müddətində mübarizə aparılmalıdır. Burda əsas məsələlərdən biri də bitkilərin lazımi vaxtda, lazımi miqdarda suvarılmasıdır. Əgər bu tədbirlər ardıcıl şəkildə həyata keçirilərsə, Azərbaycanda da yüksək keyfiyyətli məhsul istehsal etmək olar.Onu da nəzərə alaq ki, dövlətin aqrar, xüsusən taxılçılıq sahəsində qarşısına qoyduğu əsas məqsəd ölkədə taxılçılığı və taxıl məhsullarının emalını inkişaf etdirməklə ölkə istehlakçılarının xarici taxıl bazarlarından asılılığını azaltmaqdan, sahənin inkişafında yerli istehsalçılara əlverişli hüquqi, iqtisadi və təşkilati mühiti formalaşdırmaqdan ibarətdir. Bu istiqamətdə dövlət zəruri addımlar atıb bundan istifadə edən fermerlər keyfiyyətli buğda itsehsalına nail olmalıdrlar. Özü nəzəər almaq lazımdır ki, keyfiyyətli buğdanın satışında da heç bir problem yoxdur. Qeyd edək ki, Dövlət Taxıl Fondu keyfiyyətli taxılı yerli fermerlərdən bəzən hətta bazar qiymətlərindən yuxarı qiymətə alır.