Müdafiə Nazirliyi İrana hücum olacağı təqdirdə Azərbaycanın hərbi bazalarını İsrailin ixtiyarına verəcəyi barədə məlumatlara münasibət bildirib
2 Oktyabr 2012 21:09 (UTC+04:00)
Müdafiə Nazirliyi İrana hücum olacağı təqdirdə
Azərbaycanın öz hərbi hava bazalarını İsrailin ixtiyarına verəcəyi
barədə məlumata münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri, polkovnik
Eldar SabiroğluAPA-nın sualına cavab olaraq "Reuters"in
xəbərinin üzərində dayanmağa əsas görmədiklərini bildirib:
"İnformasiyanın hansı niyyətlə dövriyyəyə buraxılması ilk baxışdan
diqqəti cəlb edir. Görünür, agentlik özünü buna inandırmağa
çalışıb".
Nazirlik sözçüsü Azərbaycanın regionda siyasi və
hərbi stabilliyin bərpasının tərəfdarı olduğunu və bütün münaqişəli
hadisələrin hər şeydən öncə dinc şəkildə həllinə üstünlük verdiyini
vurğulayıb: "O ki qaldı hərbi hava bazaları məsələsinə, bununla
bağlı qeyd etmək istərdik ki, bazaların istifadəsi yalnız
Azərbaycanın özünə aiddir və bu məsələdə başqa mövzunun gündəliyə
daşınmasına ümumiyyətlə, ehtiyac yoxdur".
Qeyd edək ki, "Röyters" agentliyi Vaşinqtondan
icazəsiz İrana hücum olacağı təqdirdə İsrailin Azərbaycana
arxalanmaq, İranı vurmaq üçün Azərbaycan hərbi hava bazalarından
yararlanmaq niyyətində olduğunu yazıb.
Agentlik bu məlumatları Azərbaycandakı keçmiş ordu
zabitlərinə və Rusiyanın kəşfiyyat mənbələrinə istinadən yazdığını
bəyan edib.
Qeyd olunub ki, hazırda Azərbaycan və İsrail
əməliyyat başlayacağı təqdirdə