“Azərsun Holdinq” Novxanıda “Gəlin təbiəti qoruyaq” adlı layihə həyata keçirib

17 Avqust 2015 18:24 (UTC+04:00)

"Azərsun Holdinq" "Azərduz" markası ilə növbəti korporativ sosial məsuliyyət layihəsini dəstəkləyib.

 

Şirkətdən Movqe.az-a erilən məlumata görə, Azərbaycanda ətraf mühitin mühafizəsi, flora və faunanın qorunması, sahilyanı ərazilərin tullantılardan təmizlənməsi məqsədi ilə müxtəlif  layihələr reallaşdıran "İDEA" İB-nin təşəbbüsü ilə "Gəlin təbiəti qoruyaq" adlı layihə "Azərduz" markası "ASAN Xidmət"lə birgə həyata keçirib.

 

Tədbir zamanı çıxış edən "Azərduz"un marka rəhbəri təmsil etdiyi şirkətin mütəmadi olaraq bu cür layihələri dəstəklədiyini və gələcəkdə də ənənəsinə sadiq qalacağını bildirib. Əsas məqsədi ətraf mühit məsələləri və fəaliyyətlər barədə ictimai maarifləndirmə, gənclərlə əməkdaşlıq, ətraf mühit problemləri sahəsində təhsil və onlar üçün düzgün həllər tapmaq olan "İDEA" İB-nin həyata keçirdiyi layihələr marafonuna qoşulan "Azərduz" markasının nümayəndələri və ASAN könüllülər Novxanıda yerləşən çimərliyini və ətraf əraziləri məişət tullantılarından təmizləyiblər.

 

Toplanılan tullantılar çeşidlənərək "Azərsun Holdinq"ə məxsus plastikin və kağızın təkrar emal müəssisələrinə göndərilib.

 

Qeyd edək ki, keçirilən aksiyanın əsas məqsədi insanların diqqətini təbiətin təmiz saxlanılmasına, flora və faunanın qorunmasına cəlb etmək olub.