"Real" Ramosla müqaviləsini yenilədi

17 Avqust 2015 18:30 (UTC+04:00)

"Real" Serxio Ramosla müqavilənin müddətini uzadıb. Movqe.az Goal.az-a istinadən xəbər verir ki, ispaniyalı oyunçu 2020-ci ilə qədər nəzərdə tutulmuş müqaviləyə imza atıb. 29 yaşlı müdafiəçinin məvacibi ildə 10 milyon avro olacaq.

Qeyd edək ki, Ramos uzun müddət "Manchester United"in maraq dairəsində idi. "Qırmızı şeytanlar" təcrübəli müdafiəçiyə görə 3 dəfə rəsmi təklif göndərsə də, istəyinə çata bilməmişdi.