Rusiyada helikopter qəzası: 5 adam ölüb

17 Avqust 2015 18:48 (UTC+04:00)

Rusiyanın Xabarovsk vilayətində Mi-8 helikopterinin qəzaya uğraması nəticəsində, göyərtədə olan 16 nəfərdən 5-i həlak olub.Movqe.az xarici mətbuata istinadən xəbər verir ki, dənizə düşən helikopterdən 11 nəfər xilas edilib, Fövqəladə Hallar Nazirliyinin yerli mərkəzindən bildiriblər.Qəza helikopterin Polina Osipenko qəsəbəsindən Onçaqan rayonuna uçarkən baş verib. Reysin şəxsi sifariş əsasında həyata keçirildiyi qeyd olunur.Ştatdan kənar vəziyyət barədə xilasetmə xidmətlərinə pilot bildirib.Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin hava və dəniz nəqliyyat vasitələri göndərilib.Hadisə ilə bağlı cinayət işi açılıb və araşdırma aparılır, TASS agentliyinin məlumatında deyilir.