Bakıda qadın faciəli şəkildə ölüb

17 Avqust 2015 19:30 (UTC+04:00)

Faktla bağlı araşdırma aparılır

Bakı şəhəri Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində yaşayan Tahirə Kərimova evinin eyvanından yıxılaraq ölüb. Movqe.az-ın xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytı məlumat yayıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, T.Kərimova altıncı mərtəbədən yıxılıb.