"Trabzonda ölüm təhdidi belə almışam"

17 Avqust 2015 20:00 (UTC+04:00)

"Trabzonspor"un baş məşqçisi Şota Arveladze futbolçu kimi də şərəfini qoruduğu klubda yaşadıqlarını açıqlayıb. Movqe.az Goal.az-a istinadən xəbər verir ki, gürcü mütəxəsis hətta ölüm təhdidi ilə üzləşdiyini də etiraf edib.

"Təslim olmaq üçün yox, inandığım və bildiyim şeyləri etmək üçün Trabzona gəlmişəm. Burada başıma hər şey gəldi. Futbolçu kimi Trabzondan Avropaya getdim. Həmin vaxtkı Şota ilə indiki Şota arasındakı fərq yoxdur. Burda 1 ilin hadisələrini 5 günə yaşadım. Telefonuma bir sıra təhdidlər gəldi. Ölümlə təhdid edənlər belə oldu. Getməyi də düşünmüşəm. Amma bu, qaçmaq olardı. Qaldım və mübarizə apardım. "Trabzonspor"da təmzilik işini davam etdirəcəm. Kluba çox futbolçu alınıb. Buna görə 12 futbolçunu göndərəcəm. Onları satmaq komandanın gələcəyi üçün lazımdır. Futbolçularım meydana çıxanda onların titrədiyini görürəm. Uğursuzluqdan qorxurlar. Mən də həmin hissləri yaşamışam. Onlara deyirəm ki, çıxıb oynasınlar. Bütün məsuliyyəti öz üzərimə götürəcəm. Bununla, onlara ruh yüksəkliyi verməyə çalışıram".