Qara rəng haqqında bilinməyənlər..

18 Avqust 2015 12:40 (UTC+04:00)

Movqe.az qara rəng haqqında bilinməyənləri təqdim edir.


Əslində qara rəng yoxdur. Bu səbəbdən təbiətdə qara rəng tapılmaz, lakin işığı əmən və yox edən yerlər qara olaraq qəbul edilir.


Qara, müzakirəli rəngdir. Bir tərəfdən qaranlıq güclər,günah və pislik ilə düşünülərkən, digər tərəfdən sədaqət, əzm, dayanıqlılıq, ehtiyat, bilgəlik və etibarlılıq ilə əlaqəlndirilir. Bir tərəfdə rəhbərlik və güc mənasına gəlir,digər tərəftən acı, kədər və yas mənasına gəlir.Qərbdə yası, matəmi bildirir, amma Yaponiyada qara xoşbəxtlikdir. Qara, fonda istifadə olunanda qaramsarlığı xatırlatsa belə imtina edə bilmədiyimiz romantik, gecə rəngidir.


Qara, bir çox insan üçün paltar rəngidir. Bəziləri qaranı güclü və ciddi görünmək üçün istifadə edirlər. Bəziləri isə daha incə göstərdiyi üçün. Həm də qara zərif olaraq qəbul edilir.


Qara, konsantrasiyanı ən çox gətirən rəngdir. Einsteyinin konsantrasiya ola bilmək üçün pərdələri qara, gün işığı olmayan bir otağa girib və bu şəkildə fikirləşdiyi deyilir.


Qara geyinən insanların psixoloji problemləri daha çox olduğu təsbit edilir.Xüsusilə uşaqlarda inadçılığa və depresiyaya səbəb ola bilər.




Evdə qaradan uzaq durun.Yataq otağı da başdan aşağı qara rənglə dekorasiya edilməməlidir.Çünki bu rənglər bir müddət sonra ruh halını pozur və depresif bir ruh halına sahib olmağımıza səbəb olur.