Malikidən Türkiyəyə ağır ittiham

18 Avqust 2015 11:45 (UTC+04:00)

İraqın baş naziri Nuri Əl Maliki Türkiyəyə qarşı ağır tənqidlər səsləndirərək, "Türkiyənin İraq, Suriya və Misir zəncirini qırmağa və İsrailin mənfəətlərini qorumağa çalışdığını", - söyləyib.Movqe.az-ın məlumatına görə, Livanın "əl-Meyadin" televiziyasına açıqlama verən Əl Maliki, Orta Şərqin bir vulkan halına gəldiyini bildirərək, "Türkiyə öz tələblərini Suriya, İraq və Misirə istiqamətləndirməyə çalışır və bu ölkələrdə təhlükəsizlik problemləri yaradır", - deyib.Daha sonra Maliki bildirib ki, İsrailin Suriyadakı elmi araşdırma mərkəzinə qarşı hücumu bütün ərəblərin və müsəlmanların qürurunu qıran alçaldıcı bir hücum idi.Nuri Əl Maliki Suriyaya qarşı xarici müdaxilələrin son dərəcə açıq olduğunu deyib və "bütün dünya Türkiyə və Qətərin oynadığı roldan şikayətçidir" söyləyib.