Bakıda olan Rusiyanın hərbi gəmiləri Həştərxandakı bazaya qayıdır

18 Avqust 2015 19:40 (UTC+04:00)

Həmin gəmilər Xəzərdə 3 501 km yol qət ediblər

Bakıya rəsmi səfərə gəlmiş Rusiya Federasiyası Xəzər Dəniz Donanmasının "Mahaçqala" və "Volqodonsk" kiçik artilleriya, həmçinin "Anatoliy Qujvin" kiçik hidroqrafiya gəmiləri avqustun 21-də Həştərxandakı bazaya qayıdacaq.

Movqe.az TASS-a istinadən xəbər verir ki, bu haqda Rusiyanın Cənubi Hərbi Dairəsi məlumat yayıb.

Qeyd edək ki, gəmilər avqustun əvvəlindən Xəzərə çıxıb və İranın Ənzəli limanı və Bakıda olub, ümumilikdə, 3 501 km (1 945 mil) yol qət ediblər.