Məşhur DJ Motiv8 Bakıya gəlir

19 Avqust 2015 10:20 (UTC+04:00)

Movqe.az xəbər verir ki, avqustun 21-də "Energy Club • Lounge • Dining" restoranında The Black Eyed Peas qrupunun rəsmi diceyi DJ Motiv8 çıxış edəcək.

DJ Motiv8 90-cı illərin əvvəllərində West Coast klubunun dj-i olarkən Uilyam Adams (Will.i.am) adlı iddialı MC ilə tanış olaraq onu yetişdirməyə başlayır. Daha sonra onlar hazırda dünyada AplDe Ар və Taboo kimi tanınan daha iki MC ilə əməkdaşlığa başlayırlar. Beləcə, Black Eyed Peas yaranır. DJ Motiv8 ilk albom buraxıldıqdan bu günə qədər Black Eyed Peas-ın əvəzolunmaz sound-makeri, bəstəkarı və rəsmi tur dj-i hesab olunur. Onun əqidəsi "ehtiras və hərəkət"dir. O, Madonna ("Ray of Light" album), Kylie Minogue, Billy Idol, The Coors, Crazy Town, N'Sync və başqa məşhurların treklərinə prodüserlik edərək peşəkarlıq qazanıb.

DJ Motiv8 solo ifaçı qismində Filippini, Yaponiyanı, Çini, Avstraliyanı, BƏƏ-ni, Avropanı və bütün Amerikanı fəth etmişdir. O dəfələrdə Hollivudun ən böyük və məşhur klubu olan The Highlands-ın rezidenti olmuşdur. No Doubt, Bob Sinclair, Yves La Rock, Mc Supernatural, Dj Quik, Flavor Flav, Easy-E və başqaları ilə birgə performanslar nümayiş etdiriblər.

Məşhur DJ Motiv8 Bakıya gəlir

DJ Motiv8 Black Eyed Peas-ın saysız turları arasında "Zaman Hökmdarı" kimi fəaliyyət göstərir. Bu onun eyni zamanda the Scarub of Living Legends, Ahkil of Jurassic 5, The Blood of Abraham, Tippa Irie, Universal Scientists kimi hip-hop artistlərlə əməkdaşlıq, Taboo, Apl.De.Ap və Fergie-dən ibarət qrupunun solo-albomlarını yazdıraraq musiqi aləminə tanıtmaq, sosial şəbəkələrdəki profayllarında 11 000 000 istifadəçini aktiv saxlamaq kimi bacarığının sübutudur.