Tarixdə ən məşhur gəlinlik geyimləri

19 Avqust 2015 10:40 (UTC+04:00)

Movqe.az xəbər verir ki, ulduzların toyları həmişə ictimaiyyətin diqqətini cəlb edir, ancaq bu toylar tarixə çevrildikdən sonra ən çox yadda qalan məhz gəlinlik geyimləri olur. Klassikadan avanqarda və geriyə on illər keçir, ancaq biz hələ də məşhur gəlinlərin geyimlərini müzakirə edirik.

Byanka və Mik Caqqer 1971-ci ilin mayında San-Tropedə evləniblər. Klassik geyimin əvəzinə Byanka ətək və YSL smokinqi seçib. Gəlin hamilə olduğu üçüno, smokinqi köynəksiz geyinib, bununla da həm ictimaiyyəti, həm də müəyyən dərəcədə bəyi təəccübləndirib. Nikah 1978-ci ilə qədər davam etdi və ilk qalmaqalı Byankanı bu cəsur geyimdə görən əri yaratdı.

Tarixdə ən məşhur gəlinlik geyimləriTarixdə ən məşhur gəlinlik geyimləri

Məşhur Hollivud ulduzu Qreys Kelli və Monako knyazı Renyenin toyundan yarım əsrdən çox vaxt keçsə də, gəlinlik geyimi hələ də dizaynerlər və gəlinlər üçün stil ikonası olaraq qalır.Gəlinlik geyimi dünyanın ən bahalı gəlinliklərinin reytinqində 5-ci yeri tutur. Geyimin eskizini MGM kinostudiyasının rəssam-dizayneri Helen Rouz hazırlayıb.

Tarixdə ən məşhur gəlinlik geyimləri

Aktrisa Odri Hepbern psixiatr Andrea Dotti ilə 1969-cu ildə baş tutan toyu üçün sadə geyim seçmişdi. Bu, Odrinin ikinci nikahı idi və cütlük vətəndaş mərasimi ilə kifayətlənmişdi. Təəssüf ki, nikah ayrılıqla nəticələndi.

Tarixdə ən məşhur gəlinlik geyimləri

Pristsilla Vaqner və Elviz Preslinin 1967-ci ildə baş tutan toyunda gəlin özünün tikdiyi və düşündüyü geyimdə olub.

Tarixdə ən məşhur gəlinlik geyimləriTarixdə ən məşhur gəlinlik geyimləri

Uels şahzadəsi Diananın 1981-ci ildə şahzadə Çarlzla toyuna geyindiyi geyim klassik idi və tarixi nikah geyiminin bütün qaydalarına cavab verirdi. Toy üçün Diana David və Elizabeth-dən qiymətli daşlarla bəzədilmiş fil dişi çalarında olan satindən dəbdəbəli geyim seçmişdi.

Tarixdə ən məşhur gəlinlik geyimləri

Aktrisa Ava Qardner 1951-ci ildə Frenk Sinatra ilə toyuna sadə, ancaq effektli geyim seçmişdi. Lakin cütlük 1957-ci ildə ayrıldı.

Tarixdə ən məşhur gəlinlik geyimləri

Jaklin Kennedi və Con Kennedinin 1953-cü ildə baş tutan toyunda gəlin amerikalı dizayner Ann Lowe-un həcmli geyimində olub. Demək olar ki, bu geyim o zamanın ruhuna tam müvafiqdir və ötən illərin Amerika gəlinlik geyiminin ideal təcəssümüdür.

Tarixdə ən məşhur gəlinlik geyimləri

Keyt Middlton və şahzadə Uilyamın Vesminster Abbatlığında baş tutan toy mərasimində gəlin Alexander McQueen-dən olan dəbdəbəli geyimdə olub. Fata əl işi olan çiçək applikasiyası ilə bəzədilmişdi. Keytin tacı isə Cartier brendindən idi.

Tarixdə ən məşhur gəlinlik geyimləri

Keyt Moss öz toyu üçün 2011-ci ildə John Galliano geyimini seçmişdi. 2014-cü ildə bu geyim Viktoriya və Albert muzeyində sərgilənmişdi.

Tarixdə ən məşhur gəlinlik geyimləriTarixdə ən məşhur gəlinlik geyimləriTarixdə ən məşhur gəlinlik geyimləri

Ancelina Coli Bred Pittlə toyunda Versace-dən olan geyimdə idi, fatanı cütlüyün uşaqlarının rəsmləri bəzəyirdi.

Tarixdə ən məşhur gəlinlik geyimləri

İsveç şahzadəsi Karl Filippin aktrisa Sofiya Xelkvistlə toyunda gəlin isveçli dizayner Ida Sjöstedt-dən olan geyimdə olub.

Tarixdə ən məşhur gəlinlik geyimləri

Keti Holms və Tom Kruzun toyu 2006-cı ilə Romada baş tutub. Ketinin üzərində Giorgio Armani geyimi olub.

Tarixdə ən məşhur gəlinlik geyimləri

Monako şahzadəsi Albertlə idmançı Şarlinin toyunda gəlin Giorgio Armani-dən olan geyimdə olub. Gəlinliyi 40 mindən çox Swarowski daşı, 30 min qiymətli daş və 20 min damcışəkilli mirvari bəzəyib.

Tarixdə ən məşhur gəlinlik geyimləriTarixdə ən məşhur gəlinlik geyimləri

Poppi Delevinin Ceyms Kukla toyuna geyindiyi gəlinliyi Karl Laqerfeld tikib.

Tarixdə ən məşhur gəlinlik geyimləri

Hollivud ulduzu Corc Kluni və vəkil Amal Amaluddinin 2014-cü ildə baş tutan toyunda isə gəlin Oscar de la Renta markasından nəfis geyimi seçib.

Tarixdə ən məşhur gəlinlik geyimləri