Yeni "iPad Mini" gəlir

2 Oktyabr 2012 19:15 (UTC+04:00)
Movqe.az xəbər verir ki, dünyanın texnologiya nəhəngi sayılan "Apple"ın iPhone 5-i tanıtdıqdan sonra "iPad"in mini versiyasını 17 oktyabrda tanıdacağı bildirilib. Amerikada yayımlanan Fortune jurnalı "iPad mini" nin keçən il bazara çıxarılan "iPad 2"in xüsusiyyətlərinə sahib olacağını, lakin ekran genişliyinin 7 və ya 8 düym olacağını bildirilib. Fortune jurnalı, təqdimat dəvətnamələrinin 10 oktyabrda göndəriləcəyini yazıb. "iPad"in kiçik ölçülü versiyasını bazara çıxarma ideyası "Amazon" və "Google"nin bazara sürdüyü bu ölçüdəki tablet  kompüterlərə əlaqədardır. Xatırladaq ki, "Apple"nin keçmiş icraçı direktoru Stiv Cobs həyatda olduğu dövrdə mini tabletlərə qarşı çıxırdı. Lakin bu ölçülərdəki həbə olan sıx maraq "Apple"nin fikrinin dəyişməsinə gətirib çıxarıb. Yeni həbin qiymətinin də məqbul  olması gözlənilir.