Metroda ingilis dilində səsləndirilmə daimi olacaq

19 Avqust 2015 13:26 (UTC+04:00)

Movqe.az-ın məlumatına görə, bunu "Report"a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.


"Stansiyalar haqqında məlumatların ingilis dilində səsləndirilməsinə son qoyulması ilə bağlı qərar yoxdur. Məlumatların səsləndirilməsi yeni bir qərar olanadək davam edəcək", - N.Paşayev bildirib.


Qeyd edək ki, Bakıda keçirilən I Avropa Oyunları ərəfəsində Təşkilat Komitəsinin stansiyalar haqqında məlumatların ingilis dilində də səsləndirilməsi təklifindən sonra Metropoliten bu yeniliyi etmişdi.