Xəzərdə zəlzələ olub

19 Avqust 2015 15:15 (UTC+04:00)

Xəzər dənizinin Azərbaycan sektorunda zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Movqe.az- a verilən xəbərə görə, təkanlar yerli vaxtla saat 09:28-də Xəzər dənizində qeydə alınıb. Maqnitudası 3, dərinliyi 51 km olan zəlzələ hiss edilməyib.