Afiq Səfərov: "Bütün məhsulların bahalaşması ilə bağlı xəbərlər həqiqəti əks etdirmir"

19 Avqust 2015 15:37 (UTC+04:00)

"Bütün məhsulların qiymətinin 20-35 faiz arasında bahalaşdırması ilə bağlı mətbuatda gedən xəbərlər həqiqəti əks etdirmir".


Movqe.az xəbər verir ki, bunu Qafqazinfo-ya açıqlamasında "Azərsun Holding"in Biznesin İnkişafı və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Afiq Səfərov deyib. Onun sözlərinə görə, şirkətin məhsullarında cəmi 3-5 faiz bahalaşma tətbiq edilib ki, bu da bütün məhsullara aid deyil: "Dünyada müşahidə olunan iqtisadi böhran, Çində yuanın devalvasiyası bu prosesə təsir göstərib. İqtisadi böhranla bağlı Holdinqin bəzi məhsullarının qiyməti yüksəlsə də, bəzilərinin qiymətində ucuzlaşma olub".