ABŞ Xarici işlər nazirliyinin sözçüsü John Kirby, Rusiyadan İrana S-300 uzun mənzilli hava müdafiə sistemlərinin transfer edilməsi ilə bağlı narahatlığının sürdüyünü söyləyib.Kirby bildirib ki, Rusiyanın S-300 uzun mənzilli müdafiə sistemlərinin İrana satışını bir neçə gün içərisində reallaşdıracağı istiqamətində xəbərləri xatırladılaraq, bunun İran ilə qərb ölkələri arasında baş tutmuş əhatəli nüvə razılaşmasına bir təsir göstərib-göstərməyəciyini soruşub.Rusiyadan İrana satışı həyata keçiriləcək hava müdafiə sistemlərinə dair mövqelərinin uzun zamandır bilindiyini ifadə edən Kirby bildirib ki,S-300lərin transferinə dair narahatlığımız davam edir. Nazir John Kerry də daha əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrova bu mövzuda narahatlıqlarını ifadə edib.İrana bu cür mərmi müdafiə etmə sistemlərinin satışına etirazlarını açıq şəkildə bildirdiklərini vurğulayan Kirby, bu mövzuda gedən prosesləri yaxından izlədiklərini qeyd edib. Kirby, "BMT-nin Təhlükəsizlik Şurası qanunları çərçivəsində bu müdafiə sistemlərinin İrana transferi qadağan deyil" deyib.Kirby, bu transferlərin ABŞ-ın öz sanksiya proqramlarından hər hansı birini əhatə edib- etmədiyinə qərar vermək üçün daha çox detallara ehtiyacları olduğunu dilə gətirib.İran Müdafiə naziri Hüseyn Dehkan, ölkəsinin yaxında Rusiyadan S-300 uzun mənzilli hava müdafiə sistemlərinin yenilənmiş versiyasını alacağını bildirib.S-300 sistemlərinin Rusiya tərəfindən yaxında təslim ediləcəyini ifadə edən Dehkan, qəti bir tarix verməkdən çəkinib. Ancaq gələcək həftə İrandan bir heyətin Rusiyanın paytaxtı Moskvaya gedərək, S-300-lərlə əlaqədar bir müqavilə imzalayacağını açıqlayıb.