Müxalifət bu dəfə bloklaşa bilmədi

20 Avqust 2015 10:30 (UTC+04:00)

"Demkonqres", "SİDSUH", "DUH", "DUBB", "Birləşmiş Müxalifət Hərəkatı (BMH), "5-lər", "Azadlıq" Seçki (sonradan Siyasi) Bloku, "Bizim Azərbaycan" Seçki (sonradan Siyasi) Bloku, "ATA", "YES", "İctimai Palata", "Demokratik Qüvvələrin Məşvərət Məclisi", "EL" və nəhayət tezbazar ərsəyə gətirilən Demokratik Qüvvələrin Milli Şurası. Bunlar Azərbaycanda mövcud olan müxaliflətin 20 ilə yaxın bir müddətdə yaratdıqları birliklərdir.

Hər birinin yaranması seçki ərəfəsinə təsüdüf edir, elə məhv olması da seçkidən az sonra baş verir. Ancaq diqqət çəkən məqam odur ki, parlament seçkilərinə aylar qalsa da, radikal müxalifət patriyaları ənənlələrinə ziddi gedərək bu dəfə yeni blok yaratmayıblar. Hələlik bunun haqqında heç söhbət də açılmayıb. Siyasi təhlilçilərin sözlərinə görə, radikal müxalifət artıq ümidlərini itirib. Proseslərə fərdi şəkildə qoşulmaları isə onların birmənalı olaraq, uduzacaqları deməkdir.

Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev bildirir ki, onların qəti fikrini bilmək olmur: "Hələlik seçkiyə gedib-getməyəcəkləri barədə dəqiq qərar verməyiblər. Hərəsi bir cür danışır. Hər zaman da belə olub. Cəmil Həsənli seçkiyə getməyəcəyini deyir, amma hansısa gərargaha rəhbərlik etməyə hazır olduğunu da söyləyir. Əli Kərimlidən isə bir səs yoxdur. Qeyriləri də ağızlarını açıb gözləyirlər ki, görək nə qərar olacaq. Blokun yaradılmamasına da səbəb çoxdur. Onlarda ikinci bir təşkilat yoxdur ki, AXCP-ə qoşulun. Milli Şura Əli Kərimlidən və onun dəstəsindən ibarət təşkilatdır. Sadəcə, adını dəyişdirib, Milli Şura qoyublar. Bütün təşkilatlar yürütdükləri siyasətə görə onlardan imtina ediblər. Onlar bloku kimlə yaratsınlar? Bunlar artıq blok yaratmırlar, "blok"a düşüblər. Artıq nəyin harada olduğunu bilmirlər, siyasətlə bağlı atacağı addımları qarışdırıblar. Artıq nə edecəklərini bilmirlər. Amma əlbət ki, qarşıda pul qazanmaq məqsədi var. O pulları da seçkidən seçkiyə qazanırlar. Bunun nəticəsidir ki, Əli Kərimli oğlunu xaricdə ili 200 min avroluq universitetdə oxutdurur. Londonda bir neçə villası var. N sayda cangüdənlə və 100 min dollarlıq avtomobildə gəzir.

Yəni, bunların seçki ilə bağlı ən böyük gözləntiləri həmişə pul olub. Ən böyük arzuları odur ki, ətraflarında yenə kimsə həbs olunsun, bununla da ölkədə söz azadlığının olmaması ilə bağlı bəyanatlar yaysınlar. Yəni, onlar üçün blokun yaradılıb-yaradılmamsının heç bir fərqi yoxdur. Onlar itmiş toplumdurlar. Sıfrı nəyəsə vuranda da sıfır edir. Bunlar öz aləmlərində guya fənd edirlər. YAP-ın siyahısını gözləyirlər. Amma bunlar həqiqətən də Azərbaycan siyasətinin bədbəxt simalarıdır. Yəni, seçkiyə necə gedəcəklərinin fərqi yoxdur, nəticə dəyişməyəcək, uduzacaqlar".

Demokratik Azərbaycan Dünyası Partiyasının sabiq sədri

Məmməd Əlizadənin sözlərinə görə, seçkidə radikal müxalifətin səs yığma ehtimalı çox azdır: "Ona görə müəyyən qədər səs toplamaları üçün seçkilərə blok şəklində qatılmalıdırlar. Təklikdə hansısa müxalifər liderinin səs toplayacağı inandırıcı deyil".

Məmməd Əlizadə əlavə etdi ki, 1993-cü ildən etibarən, bu günə qədər müxalifət liderlərinin uğursuzluğa düçar olduqlarının şahidi oluruq: "Bu uğursuzluqlar üst-üstə yığıldıqda ümidsizliyə yol açır. Ona görə bu gün onların müvəffəqiyyət əldə edəcəyinə ümid yoxdur. Bu baxımdan aktiv deyillər. Blok yaratmaqda da maraqları yoxdur".