Ermənilər fahişəliyin leqal olmasını istəyir

19 Avqust 2015 17:10 (UTC+04:00)

Movqe.az Virtualaz.org saytına istinadən xəbər verir ki, A.Atoyan bu təklifini bu gün yerli jurnalistlərin suallarını cavablandırarkən səsləndirib.


A.Atoyanın sözlərinə görə, Ermənistanda fahişəliklə bağlı vəziyyət belə bir qənaətə gəlməyə əsas verir ki, bu, kiməsə lazımdır: "Əks halda ölkədə fahişələrin bu qədər imtiyazı və hörməti olmazdı".


A.Atoyan söhbətin hansı güzəşt və imtiyazlardan getdiyini dəqiqləşdirməyib. Amma əlavə edib ki, Ermənistanda fahişəliyin çiçəklənməsinin arxasında polis, İstintaq Komitəsi və prokurorluq orqanları dayanır.


A.Atoyan bəyan edib ki, fahişələrin hüquqlarını qanunla qorumaq lazımdır: "Bu sahədəki vəziyyətə qoy erməni dövləti özü nəzarət etsin. Fahişələr müntəzəm olaraq tibbi müayinədən keçməli və peşələri ilə də onlar üçün ayrılan xüsusi yerlərdə məşğul olmalıdırlar".