Ankara “Türk axını”ına razılıq verdi, saziş layihəsi Moskvaya göndərildi

19 Avqust 2015 17:15 (UTC+04:00)

"Biz layihəni göndərmişik və cavab gözləyirik"- deyə nazir bildirib.


Movqe.az saytı Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Taner Yıldız Ankaranın bu layihəni əngəlləyən tərəf olmayacağını vurğulayıb.


Bununla belə TASS xəbər danışıqlara yaxın mənbəyə istinadən xəbər verir ki, Rusiya tərəfi hələ hökumətlərarası saziş layihəsini almayıb.


Bundan əvvəl Moskva "Türk axını" qaz kəməri layihəsinə dair Türkiyəyə iki hökumətlərarası saziş layihəsi göndərib. Onlardan biri qaz kəmərinin bir bağının, digəri isə dörd bağının tikintisini nəzərdə tutur. Təklifə Türkiyə tərəfi baxır.


İyulun 30-da xəbər yayılmışdı ki, Türkiyə ilə Rusiya arasında "Türk axını"ına dair danışıqlar dayandırılıb. Əsas səbəb kimi Ankaranın Rusiya qazına görə endirim tələbi göstərilirdi.


Eyni zamanda Rusiya tərəfi israr edir ki, ildə 63 milyard kubmetr nəql gücünə malik dörd şaxəli kəmər tikilsin. Türkiyə tərəfi isə ancaq birşaxəli kəmərə razılıq verir.


Hökumətlərarası razılaşmanın əldə edilməməsinə görə "Qazprom" kəmərin tikintisinə başlaya bilməyib. "Türk axını" kəməri Türkiyənin Yunanıstanla sərhədinə çıxmalıdır, oradan isə kəmərin Avropaya istiqamət alması planlaşdırılıb.