"Villareal" fransalı hücumçu transfer edib

19 Avqust 2015 17:28 (UTC+04:00)

"Bursaspor"un hücumçusu Sedrik Bakambu karyerasını İspaniyada davam etdirəcək. Movqe.az Goal.az-a istinadən xəbər verir ki, fransalı hücumçu "Villareal"la anlaşıb. Bakambu "sarı sualtı qayıqla" 2020-ci ilə kimi müqavilə imzalayıb. Transferin qiyməti 7 milyon avrodur.

Ötən mövsüm Türkiyə çempionatında 27 oyun keçirən Bakambu 13 qolun müəllifi olub. 21 yaşlı forvard Fransanın U-21 yığmasına da müntəzəm dəvət alır.