"İstəyirəm arxamda güclü kişi dayansın, saf sevgi yaşayım"

19 Avqust 2015 17:36 (UTC+04:00)

Movqe.az-ın məlumatına görə, o, "Yeri gəlmişkən" verilişində ağır günlər keçirdiyini bildirib:


"İş həyatımda hər şey normaldır, şəxsi həyatım isə alınmır. Birini sevdimsə, çox şey istəyirəm. Maddiyata ehtiyacım yoxdur. Mənəvi diqqət istəyirəm. Məni qısqansın, telefonum susmasın. Mən özüm də qısqancam. Anamı da nəvələrinə qısqanıram. Sevgidə bəxtim gətirmir. Elə fikirləşirəm ki, bundan sonra da belə olacaq. Həyatımda iki böyük sevgi olub və alınmayıb. Yanılmışam. Qarşı tərəf hər zaman andlar, vədlər verib. Yalanları bilsəm də, sevgi adamın gözünü bağlayır. Onun yaxşı tərəflərin fikirləşirsən və sevməyə davam edirsən. Romantik, xəyalpərəst idim. İndi realistəm.

 

Dəli kimi sevə bilərəm, yetər ki, mənlə pul söhbəti olmasın. Sevəndə cəmiyyətdən təcrid olunuram. Elə bilirəm ki, həyatda elə ancaq o var. Qarşılığını görməyəndə depressiyaya düşürəm. Çox istərdim həqiqi sevgini tapım. Güclü qadınam. Amma istəyərdim arxamda güclü kişi dayansın. Ayda mənə çoxlu pullar xərcləməsin. Eybi yox qazancı az olsun. Amma sözünün kəsəri olan, saf sevgi verə bilən birini arzulayıram. Çox pis şeylər yaşamışam. Həyatımın bir ərəfəsi əsl kabus olub. Buna görə də mən belə güclü sevgi axtarıram".