Nazarbayev: "Neftin qiymətinin 30-40 dollar səviyyəsinə adaptasiya olmaq lazımdır"

19 Avqust 2015 18:34 (UTC+04:00)

Neftin və metalların ucuzlaşması, habelə Rusiya və Çin tərəfindən Qazaxıstan məhsullarına marağın azalması ölkə iqtisadiyyatına olduqca mənfi təsir göstərir.

Movqe.az "APA-Economics"-ə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Nursultan Nazarbayev deyib.

Onun sözlərinə görə, "mövcud iqtisadi reallığı nəzərə alaraq, neftin bir barelinin qiymətinin 30-40 dollar səviyyəsində olacağına adaptasiya olmaq lazımdır".

Ölkə başçısı bildirib ki, neftin və metalların aşağı səviyyədə olan qiymətləri 5 il ərzində qorunacaq. "Bu dövr ərzində inkişafda olan ölkələrin investisiya və kapitala çıxışı məhdud səviyyədə olacaq", - deyə prezident qeyd edib.