"Ümid edirəm ki, zədə ciddi olmayacaq"

20 Avqust 2015 00:00 (UTC+04:00)

"Lazio"nun veteran futbolçusu Miroslav Kloze Çempionlar Liqasının pley-off mərhələsində "Bayer Leverkusen"lə ilk matçdan sonra (1:0) təəssüratlarını bölüşüb. Movqe.az Goal.az-a istinadən xəbər verir ki, almaniyalı hücumçu zədə aldığını d təsdiqləyib.

"Bu nəticə bizim üçün yaxşı ola bilər. Amma hələ heç nə həll olunmayıb. "Bayer"in çox ev oyunlarını izləmişəm. Amma yolumuz davam edə bilərik deyə düşünürəm. Çünki bizi istənilən hesablı heç-heçə qane edir. Mövsümün ən vacib oyunun keçirdik və öhdəsindən gəldik. Birinci hissədə topu qapı dirəyinə vuranda əzələmi biraz dartdım. Sonra isə yenidən ağrı hiss etdim. Tibbi müayinəni nəticələrini gözləyək. Cavab matçında meydana çıxmağım barədə bir şey deyə bilmərəm. Ümid edirəm ki, zədə ciddi olmayacaq. Amma hər şey ola bilər".