Bakıda “əkiz” göydələnlərlər inşa olunacaq

20 Avqust 2015 10:20 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Bakıda tarixi tüstü borusu Cintec şirkətinin innovasiyaları sayəsində yeni ticarət kompleksində quraşdırılacaq.

Bakıda bir müddət əvvəl sökülməsi planlaşdırılan köhnə tüstü borusu yeni ticarət mərkəzində quraşdırılacaq və bu işdə Nyu-Portda yerləşən mühəndis şirkətinin innovasiyalarından istifadə ediləcək. Cari ilin əvvəlində Cintec International şirkəti tüstü borusu üzərində kompleks struktur işlərinə başlayıb.

Bakıda

Əvvəlcə köhnə borunu sökmək və onun yerində orijinal layihə ucaltmaq planlaşdırılsa da, bu planı görən Azərbaycan Prezidenti tarixi tüstü borusunu yenidən qurmağı və onu müasir ticarət kompleksi olacaq The Twin Towers of Port Baku (Port Baku-nun əkiz göydələnləri) layihəsinin mərkəzində yerləşdirməyi təklif edib. Nəticədə Azərbaycanın futuristik baxışlarını və onun sənaye tarixinin mühüm elementlərini özündə birləşdirən dizayn hazırlanıb. Bu iş üçün üstünlük dünyada bir çox tarixi yerlərin yenidən qurulması ilə məşğul olmuş Cintec şirkətinə verilib. Şirkət artıq köhnə tüstü borusunun restavrasiyası üzrə işlərə başlayıb.

Bakıda