"Salmonella" epidemiyası yayılıb

2 Oktyabr 2012 21:00 (UTC+04:00)
Movqe.az xəbər verir ki, Hollandiyalı ictimai səhiyyə rəsmiləri, salmonella bakteriyası daşıyan hisə verilmiş somon balığı ilə qidalanan yüzlərlə ABŞ və Hollandiya vətəndaşının xəstələndiyini açıqlayıb.Milli Ekologiya və Cəmiyyət Sağlamlığı İnstitutu, salmonella bakteriyası daşıyan balığın Hollandiyalı bir şirkət tərəfindən ölkədə və dünyanın çox saylı supermarketlərində satıldığını bildirib.İnstitutun açıqlamasında epidemiyaya Hollandiyada 200-dən çox, ABŞ-da isə 100-dən çox insanın yoluxduğu deyilib. Salmonella bakteriyası insanlarda qusma, ishal və yüksək hərarət kimi şikayətlərə səbəb ola bilir.