İlin sonuna qədər bütün avtobuslarda kart sistemi olacaq

20 Avqust 2015 12:10 (UTC+04:00)

Bu ilin sonundan etibarən bütün marşrutlarda kart sistemini müşahidə edə biləcəyik. ANS TV-nin məlumatına görə, hazırda kart sistemi "Baku Basın" avtobuslarına tətbiq olunub. Bütün avtobuslarda isə ilin sonuna kimi gediş haqqı kartla olacaq. "Sərnişin daşımada daha müasir kart sistemini tətbiqilə bağlı təkliflər ortaya atıldı. Artıq yaxın vaxtlarda vətəndaşlar bu kartlardan istifadə edə biləcəklər. Kartın tətbiqi zaman vətəndaşlar tam şəkildə əmin olacaq ki, burda heç bir problem yoxdur. Sadəcə olaraq müəyyən avadanlıqların ölkəyə gətirilməsi istiqamətində müəyyən ləngimələr olur. Ümid edirəm ki, bu ilin sonuna kimi bu sahədə çox ciddi addımlar atılacaq", – deyə nəqliyyat nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov bildirib.