Fransa orkestri Qara Qarayevin əsərini səsləndirəcək

20 Avqust 2015 13:15 (UTC+04:00)

Lamuryö orkestri Parisin "Champs-Élysées" teatrında Fransa, Rusiya və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert verəcək. 

Movqe.az xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.Teatrın saytında yer alan məlumata görə, 2016-cı il yanvarın 24-də baş tutacaq "Haute couture" adlı konsertin proqramına azərbaycanlı bəstəkar Qara Qarayevin "Yeddi gözəl" baleti də daxil edilib. 

Qeyd edək ki, orkestrə Antoine Marguier dirijorluq edəcək.