Huqo Çavezdən Obamaya seçki dəstəyi

2 Oktyabr 2012 22:01 (UTC+04:00)

Movqe.az xəbər  verir ki, ölkəsində 7 oktyabrda keçiriləcək olan seçkilərə hazırlanan  Venesuela Dövlət Başçısı Huqo Çavez, "ABŞlı olsam, prezident seçkilərində səsimi Obama üçün istifadə edərdim" deyib. Xüsusi bir televiziya kanalına müsahibə verən Çavez, Obamanın da, Karakasın məşhur bir məhəlləsində doğulub böyümüş olsaydı 'Çavezə səs verəcəyini' düşündüyünü qeyd edib. Həmkarı Obama üçün "yaxşı insandır"deyən Çavez, prezidentə "Venesuela, ABŞ maraqları üçün heç bir təhlükə yaratmır"sözlərini xatırladaraq, bunun çox doğru və məntiqli bir təsbit olduğunu söyləyib.