Habil Əliyevin vəziyyəti stabilləşib

20 Avqust 2015 13:18 (UTC+04:00)
Xalq artisti Habil Əliyevin vəziyyəti normallaşmağa başlayıb. O hazırda süni nəfəs aparatından ayrılıb, özü nəfəs alır, danışa və yeyə bilir.  Bu sözləri ANS PRESS-ə açıqlamasında kaman ustasının həkimi, Mərkəzi Klinik Xəstəxananın reanimatoloqu, Səbinə Qasımova deyib. Onun sözlərinə görə, H. Əliyevin vəziyyəti hər gün müsbətə doğru dəyişir. Hərdən bir süni nəfəs aparatına qoşulsa da çox vaxt özü sərbəst nəfəs ala bilir. 
Hazırda Habil Əliyevin vəziyyəti stabildir.