Su depressiyadan qoruyur

20 Avqust 2015 15:20 (UTC+04:00)

Hər il depressiyadan əziyyət çəkən insanların sayı artır.


Movqe.az xəbər verir ki, Amerikalı tədqiqatçılar bu tendensiyanı müasir insanların rasionunda suyun azalması ilə əlaqələndirirlər.

Tədqiqatçılar eksperiment zamanı bir qrup insanlara lazımi qədər, diqər qrupda olan insanlara isə məhdudlaşdırılmış miqdarda su verirdilər. Nəticədə ikinci qrupda olan insanlar yorğunluq, məyusluq hiss edir, daha tez-tez əsəbləşirdilər.

Mütəxəssislər qeyd edirlər ki, insan orqanizminin normal fəaliyyəti üçün gün ərzində orta hesabla 8-9 stəkan adi su tələb olunur.