17 mindən çox müraciət
20 Avqust 2015 14:45 (UTC+04:00)
Bu ilin iyulunda Vergilər Nazirliyinin Çağrı
Mərkəzində canlı əlaqə zamanı 17 min 215 müraciət cavablandırılıb.
Movqe.az xəbər verir ki, nazirliyin
mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, müraciətlərin
28,86 faizi ayrı-ayrı vergi növləri, 19,95 faizi vergi nəzarəti
tədbirləri, 0,8 faizi vergi orqanlarının qərarlarından
(aktlarından) və onların vəzifəli şəxslərinin hərəkətlərindən
(hərəkətsizliyindən) şikayətlər, 50,39 faizi digər məsələlər barədə
olub.
İyulda səsli menyu vasitəsilə məlumat almaq üçün
Çağrı Mərkəzinə 5 min 382 zəng daxil olub ki, 2 min 852 zəng zamanı
vergi borcları, 1432 zəng zamanı isə vergilərin növləri ilə bağlı
suallar cavablandırılıb.
Vergi ödəyicilərinin məlumatlandırılması məqsədilə
onlara 325 min 30 qısa mesaj göndərilib.
Ötən ay Vergilər Nazirliyinin rəsmi internet
səhifəsinə isə 360 min 196 daxilolma qeydə alınıb.