AZAL Naxçıvan-Bakı reysinin ləngimə səbəblərini açıqladı

20 Avqust 2015 15:27 (UTC+04:00)

Bakıdan Naxçıvana və əks istiqamətdə sərnişin daşınması ilə bağlı yaranan problem saat 15:00-da tamamilə aradan qaldırılacaq. Bu barədə Movqe.az-a  "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilib ki, Naxçıvan-Bakı marşrutu üzrə reys həyata keçirməli olan AZAL-a məxsus "Boeing-757" təyyarəsi hazırda Naxçıvanda texniki baxışdan keçirilir.

Şirkətdən verilən məlumata əsasən, bu, yaranan texniki nasazlıqla əlaqədardır: "Bakı-Naxçıvan reysinə müvəqqəti olaraq 326 sərnişin tutumu olan "A-340" aerobusu buraxılacaq. Bakı-Naxçıvan istiqamətində uçuş zamanı aerobusun göyərtəsinə maksimum sayda sərnişin alınacaq. Əks istiqamətdə də eyni prosedur həyata keçiriləcək".