Küçədə cütlüyü qılıncla öldürdü-VİDEO

20 Avqust 2015 17:03 (UTC+04:00)

Ağıllara durğunluq verən hadisə , Pekinin məşhur alışveriş mərkəzlərindən birində yaşanıb.  Movqe.az Unilad.com-a istinadən xəbər verir ki, adı yalnız Gao olaraq keçən təcavüzkar, iddiaya görə, yolda gedən bir qadına yoldaşının Amerikalı olub olmadığını soruşduqdan, sonra əlindəki qılıncla cütlüyə hücum edib. Təcavüzkarın qurbanının , Şantung əyalətində yaşayan döymə sənətçisi Gu Wenqing olduğu təyin olunub . 28 yaşındakı talehsiz qadının yoldaşının isə Fransız Mariaud Romain olduğu təsbit edilib . Global Times danışan Gu Wendinin bacısı, faciəli hadisədən üç gün əvvəl əlində qılıncla bölgədə görülən qatillə bir əlaqəsinin olmadığını söyləyib .Təcavüzkarın hadisə anında Amerikalılardan nifrət etdiyini söylədiyini bildirib. Bacısına yoldaşının Amerikalı olub olmadığını soruşduğunu deyən Gu , " Yeznəmin Fransız olduğunu və onlara zərər verməməsini söylədim .Amma, qatil yanlarından keçərkən arxalarından vurduğunu " deyib . Xəbərdə şübhəlinin tutulduğu bildirilib .