İtaliyada fahişələrə forma geyindiriləcək

20 Avqust 2015 21:29 (UTC+04:00)

İtaliyada Milan-Kremona avtobanın kənarında duraraq "müştəri ovlayan" fahişələr açıq-saçıq paltarlarının üzərindən işığı əks etdirən jiletlər geyinməli, mini-yubkanı isə şalvarla əvəzləməlidir. Movqe.Az The Daily Mail-ə istinadən bildirir ki, Spino-dadda şəhər bələdiyyəsinin təşəbbüsü belədir.

"Yol kənarında duran fahişələr avtobanda təhlükəli situasiyaların yaranmasına səbəb olduqları üçün yol təmirində çalışan fəhlələr təki xüsusi forma geyinməlidir", - bələdiyyə mənsubları deyiblər. Yeni qayda sentyabrda qüvvəyə minəcək. Qaydanı pozanlar 500 avro məbləğində cərimələnəcək. Qayda pozuntusu təkrarlanarsa, fahişələr həbs olunacaqlar.