Azərbaycanın Ukraynadakı səfirliyi iki azərbaycanlının qətlə yetrilməsi ilə bağlı açılan cinayət işlərinin istintaqını nəzarətə götürüb

20 Avqust 2015 19:18 (UTC+04:00)

 Azərbaycanın Ukraynadakı səfirliyi iki azərbaycanlının qətlə yetrilməsi ilə bağlı açılan cinayət işlərinin istintaqını nəzarətə götürüb. Movqe.az xəbər verir ki,bu barədə "Report"a Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib. O qeyd edib ki, Azərbaycan səfirliyi hər iki cinayət işləri ilə əlaqədar Ukrayna Xarici İşlər Nazirliyinə və Baş Prokurorluğuna müraciətlər göndərib: "2015-ci il iyunun 25-də Ukraynanın Xerson vilayəti, Uryupinski rayonu Podlenivka kəndi ərazisində qətlə yetirilən 4 sentyabr 1976-cı il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Nuruşov Vüqar Qiyas oğlu və bu il avqustun 17-də Xerson şəhərində öldürülən 1956-cı ildə Culfa rayonunda anadan olmuş Ukrayna vətəndaşı Tağıyev İlham Tağı oğlunun öldürülməsi ilə əlaqədar Ukraynanın hüquq-mühafizə orqanları tərəfindən açılan cinayət işləri Azərbaycanın Ukraynadakı səfirliyi tərəfindən izlənilir".