Ziyafət Əsgərov: "Seçki Məcəlləsinin tələblərini elə mənimsəməliyik ki, seçkilərdə artıq söz-söhbətə yer qalmasın"

21 Avqust 2015 13:35 (UTC+04:00)

Azərbaycan parlament seçkilərinin ən yüksək səviyyədə keçirilməsi ilə bağlı nümunə göstərməlidir. Movqe.az xəbər verir ki, bunu Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.


Z.Əsgərov bildirib ki, bütün seçki komissiyalarının üzvləri, o cümlədən dairə seçki komissiyaları sədrləri tərəfindən seçki hüququnun, norma və prinsiplərinin dərindən mənimsənilməsi vacibdir: "Arxayınlıq olmamalı, hər gün öyrənməli, Seçki Məcəlləsinin tələblərini elə mənimsəməliyik ki, seçkilərdə artıq söz-söhbətə yer qalmasın".