Bu qədər olarmı, Yahoo?!

3 Oktyabr 2012 12:35 (UTC+04:00)

Movqe.az xəbər verir ki, əvvəlcə 2 min işçisini vəzifədən azad edən "Yahoo" bu dəfə 10 min işçini də işdən çıxarmağı planlaşdırır. "Yahoo"nun yeni icraçı direktoru Marissa Mayerin şirkətə təsiri görünməyə başlayıb. 

"Yahoo"ya yaxın informasiya qaynağı, Mayerin işçilərini çıxarmağı düşündüyünü açıqlayıb. 

Hər nə qədər işçilərinin əhvalını artırmağa çalışsa da, məlumatı yayanın sözlərinə görə, işçi çıxarma əməliyyatı bu yaxınlarda başlayacaq. Mayer şirkətdəki xərcləri azaltmaq üçün Ken Goldmanla da razılaşıb.

"Yahoo"nun Mayerden əvvəlki müdiri Thompson, 2 min işçisini çıxarmışdı.