ABŞ:Türkiyə İŞİD-ı havadan vurmağa başlamalıdır

21 Avqust 2015 14:55 (UTC+04:00)

Movqe.az türk mətbuatına istinadən xəbər verir ki,Vaşinqtonda bir mətbuat konfransında çıxış edən ABŞ-ən müdafiə naziri Eşton Karter bildirib ki,"Türkiyənin İncirllik hərbi bazasını İŞİD əleyhinə koalisyaya açması çox vacib bir addımdır.Lakin bu heç də kifayət deyil.Biz İŞİD mövzusunda Türkiyədən daha çox şey gözləyirik."Karter hava əməliyyatlarına və sərhədlərin nəzarətinə daha çox diqqət yetirilməli olduğunu vurğulayıb.Türkiyə-Suriya sərhədinin nəzarəti mövzusunda Türkiyədəki rəsmilərlə aktiv təmas halında olduğunu ifadən edən Karter bildirib ki,İŞİD-ı məğlubiyyətə uğratmaq üçün uğurlu strategiya həyata keçirdiyimizi düşünürəm.

ABŞ,2014-ci il avqust ayından etibarən başalayan hava əməliyyatlarından sonra İŞİD-ın sürətli irəliləyişinin qarşısının alındığını bildirb.