İran Türkiyəyə nota verdi

21 Avqust 2015 16:00 (UTC+04:00)

Rəsmi Tehran İran TIR və avtobuslarının Türkiyə ərazisində PKK-nın hücumlarına məruz qalması ilə bağlı Ankaraya nota verib.  Movqe.az xarici mətbuata istinadən xəbər verir ki, Türkiyənin  İrandakı səfiri Rza Hakan Tekin bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.Nazirlikdə səfirə İran vətəndaşları və nəqliyyat vasitələrinin Türkiyə ərazisində hücumlara məruz qalmasından narahatlıq dilə gətirilib. Və Ankaradan daha ciddi təhlükəsizlik tədbirləri görmək istənilib. İran mənbələrinin verdiyi məlumata görə, iyul ayından bu yana Türkiyə ərazisində İrana məxsus 9 TIR və 1 sərnişin avtobusu PKK terrorçularının hücumu ilə üzləşib. Bu hücumlar zamanı bir İran vətəndaşı həyatını itirib.