Azərbaycan Qara dənizdə gəmilərinin sayını artırır

21 Avqust 2015 15:55 (UTC+04:00)

Movqe.az-ın məlumatına əsasən, bu barədə QSC-nin saytında yerləşdirilən xəbərdə deyilir.


Məlumatda bildirilir ki, 3000 ton yükgötürmə qabiliyyətinə malik "Teymur Əhmədov" gəmisi Rusiyanın daxili sularından keçərək Qara dənizə çıxacaq. Bununla da Qara dəniz - Aralıq dənizi hövzəsində üzən Azərbaycan gəmilərinin sayı 4-ə çatacaq.


Xatırladaq ki, "Teymur Əhmədov" gəmisindən başqa, Qara dənizdə "Qaradağ", "Natavan" və "Üzeyir Hacıbəyov" gəmiləri fəaliyyət göstərir.