Mikayıl Cabbarovun qəbul gününün vaxtı dəyişdirilib

21 Avqust 2015 19:40 (UTC+04:00)

Qəbulda Sumqayıt şəhəri, Abşeron, Qubadlı və Zəngilan rayon sakinləri iştirak edəcək

Təhsil naziri Mikayıl Cabbarovun avqustun 24-də Sumqayıt şəhərində keçiriləcək qəbulunun vaxtı dəyişdirilib. Bu barədə Movqe.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Məlumata görə, Mikayıl Cabbarov sakinləri avqustun 27-də saat 10:00-da Sumqayıt şəhərindəki Tarix Muzeyində qəbul edəcək.

Qeyd edək ki, qəbulda Sumqayıt şəhəri, Abşeron, Qubadlı və Zəngilan rayon sakinləri iştirak edə bilərlər.