3 uşağını atıb evdən qaçan 24 yaşlı gəlin Bakıda parkdan tapıldı

21 Avqust 2015 23:00 (UTC+04:00)

Movqe.az xəbər verir ki, Ucar Rayon Polis Şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, 3 uşaq anası Şəlaləni Ucar RPŞ əməkdaşları paytaxtın Nərimanov rayonu ərazisindəki parkların birindən tapıblar. Polis işçilərinin köməyi ilə rayona aparılan qadın ailəsinə təhvil verilsə də əri, qayınatası və qayınanası Şəlaləni qəbul etməyiblər. O, atasının evinə qayıdıb.


Polis əməkdaşları tərəfindən dindirilən qadın evdən getməsininn səbəbini açıqlayaraq bildirib ki, ərinin ailəsi ilə yola gedə bilmir.


"Mən üç uşağımdan da imtina edirəm, rayonda yaşaya bilmirəm, Bakıda yaşamaq istəyirəm" - deyə Ş.Rüstəmova bildirib.


O, həmçinin 20 gün ərzində Bakıda süpürgəçi bir qadının evində qaldığını bildirib.


Xatırladaq ki, Şəlalə Rüstəmova iyulun 31 gecə saatlarında özünə məxsus qızılları və qaynatasına məxsus mobil telefonu, həyətdə olan avtomabilin açarını götürərək evdən qaçıb. Onun üç azyaşlı övladı var. Rusiyada yaşayan əri Arif Rüstəmov də hadisəni eşidib və evə qayıdıb.