AKP-nin qərargahına bomba atdılar

22 Avqust 2015 14:35 (UTC+04:00)

AKP-nin Şanlıurfadakı qərargahında partlayış olub. Movqe.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, PKK terrorçuları qərargahın həyətindəki su şırnağına bomba atıblar. Nəticədə güclü partlayış olub və qərargahı mühafizə edən polislərdən biri ağır yaralanıb. Əraziyə dərhal yanğınsöndürənlər və təhlükəsizlik qüvvələri cəlb edilib. Yaralı polis isə xəstəxanaya çatdırılıb. Terrorçuların tapılması istiqaməində əməliyyat başladılıb.