Bakıda evlərdən qızıl oğurlayan qadın saxlanılıb

22 Avqust 2015 11:30 (UTC+04:00)

Movqe.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 20-də Binə qəsəbəsində yaşayan Cəvahir Mikayılovanın evindən qızıl əşyalar oğurlanmışdır.


Xəzər RPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Gülnaz Mirzəyeva tutulub.


Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Aytac Cəfərliyə və Günel Cəfərovaya məxsus evlərdən də qızıl və məişət əşyaları oğurlaması müəyyən edilib.