Türkiyə vətəndaşı Bakıda velosipedçini avtomobillə vurub öldürdü

22 Avqust 2015 12:30 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, avqustun 21-də saat 10 radələrində Sabunçu rayonunda Türkiyə vətəndaşı Ahmet Yığıt idarə etdiyi "Nissan" markalı avtomobillə yolun hərəkət hissəsində velosiped sürən Bakı şəhər sakini Mixail Erkini vurub. M.Erkin xəstəxanaya aparılarkən yolda ölüb.


Hadisə ilə əlaqədar Sabunçu RPİ tərəfindən araşdırma aparılır.