DİN Bakıda liftin qırılması nəticəsində xəsarət alanlarla bağlı məlumat yayıb

22 Avqust 2015 17:00 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, avqustun 21-də Yasamal rayonu D.Bünyadzadə küçəsindəki 175 "E" ünvanda olan binadakı liftin zənciri 2-ci mərtəbədə qırıldığından 1-ci mərtəbəyə düşüb.


Nəticədə liftdə olan paytaxt sakinləri Səmayə Salayevaya, Məlahət Məmmədovaya və Şərur rayon sakini Zemfira Hüseynovaya xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıblar.