Bakıda “Microsoft” şirkətinin rəhbərliyi ilə kibertəhlükəsizlik məsələləri müzakirə edilib

22 Avqust 2015 17:10 (UTC+04:00)

Nazirliyin mətbuat xidmətindən Movqe.az-a daxil olan məlumata görə, görüşdə Azərbaycanda "Microsoft" şirkətinin mövcud əlaqələri və perspektiv əməkdaşlıq istiqamətləri müzakirə edilib.


Xanım Norris-Qrey ilk Avropa Oyunlarının yüksək səviyyədə keçirilməsi münasibətilə təbriklərini çatdıraraq "Microsoft" şirkətinin Avropa Oyunlarının tərəfdaşlarından biri olduğu üçün məmnuniyyətini ifadə edib.


Nazir Əli Abbasov öz növbəsində "Microsoft" şirkəti ilə mövcud olan əməkdaşlığın yüksək səviyyədə olduğunu, o cümlədən ilk Avropa Oyunları zamanı təqdim etdiyi qabaqcıl texnologiya və keyfiyyətli xidmətlərə görə təşəkkürünü bildirib.


Görüş çərçivəsində "Microsoft" şirkəti ilə bulud texnologiyaları, kibertəhlükəsizlik, elektron hökumət sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə edilib və Azərbaycanda Uptime İnstitutunun qiymətləndirməsinə görə TIER 3 səviyyəli Data Mərkəz vasitəsilə "Microsoft" şirkətinin bulud texnologiyaları əsasında yeni xidmətlərin tətbiqi üzrə tədbirlərin görülməsinin nəzərdə tutulduğu qeyd edilib.


Sonda tərəflər cari ilin dekabr ayında Azərbaycanda keçiriləcək "BakuTel-2015" sərgi-konfransında "Microsoft" şirkətinin iştirakı məsələsini müzakirə ediblər.