"Fiorentina" "Roma"ya təklif göndərib

22 Avqust 2015 21:00 (UTC+04:00)

"Roma"nın vinqeri Xuan İturbe "Fiorentina"nın maraq dairəsinə düşüb. Movqe.az Goal.az-a istinadən xəbər verir ki, Florensiya klubu argentinalı futbolçunun icarəsi üçün "Roma"ya təklif göndərib. "Fiorentina" icarə başa çatandan sonra İturbenin transfer hüquqularının satın almaq da istəyir.

Qeyd edək ki, İturbe ötən mövsüm "Verona"dan paytaxt klubuna keçmişdi.