Pakistanda məktəbə silahlı hücum edilib

3 Oktyabr 2012 15:48 (UTC+04:00)
Movqe.Az bildirir ki, Pakistanın Əfqanıstan sərhədi yaxınlığındakı Xayber bölgəsində dövlət məktəbinə silahlı hücum təşkil edilib. Yerli rəhbərlikdən gələn xəbərə əsasən, Xayberin Novşera qəsəbəsindəki liseydə reallaşdırılan hücumda məktəb binasına ziyan dəyib. Hücumun məktəbdə şagirdlərin olmadığı zaman baş verməsi səbəbiylə can itkisi olmayıb. Taliban xadimlərinin olduqca təsirli olduğu Xayber bölgəsində son üç ildə 100-dən çox məktəb terror hücumlarına məruz qalıb. Taliban təşkilatı xalqa təzyiq göstərərək uşaqların dövlət məktəblərində təhsil almasına qarşı çıxır.